Feb 08

Odilcon İminov: “İlk dəfə səs verən gənclər çox fəallıq göstərirdilər”

“Seçki prosesini müşahidə etmək çox maraqlı oldu”.

Mozalan.az xəbər verir ki, bunu Özbəkistan Senatının Elm, təhsil və səhiyyə komitəsinin sədri Odilcon İminov deyib.

O qeyd edib ki, heyətlərinə lazımi şərait və imkanlar yaradılıb:

“Xarici nümayəndələr ilə birlikdə seçki günü Qarabağ bölgəsində yerləşən Şuşa və Xankəndidəki məntəqələrdə olduq. Məntəqələrdə seçki prosesini müşahidə edərkən hər şeyin qaydasında olduğunu gördük. İlk dəfə səs verən gənclər çox fəallıq göstərirdilər. Çünki onlar həm də öz gələcəklərinə səs verirdilər. Seçki prosesi açıq və şəffaf formada baş tutdu. Seçki məntəqələri vaxtında açıldı. Hər bir seçicinin adı siyahıda vardı. Seçicilər öz hüququndan faydalanırdılar. Bundan əlavə, getdiyimiz seçki məntəqələri videomüşahidə ilə təmin olunmuşdu. Rahat şərait yaradılmışdı”.

Nəzrin Vahid

Bənzər xəbərlər

Gündəm

0.08133602142334