Feb 07

Azərbaycanda dövlət rəsmiləri səs verirlər - YENİLƏNİR + FOTO

Fevralın 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində 1 317 seçici qeydiyyatdadır. Məntəqədə seçicilərin fəallığı müşahidə edilir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.

15:37

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report”un məlumatına görə, o, Nəsimi rayonu 23 saylı seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

13:51

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report” xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı məntəqəsində səs verib.

13:38

Elm və təhsil naziri Emin Əmrullayev növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

Mozalan.az-ın məlumatına görə, o, 24 saylı Nizami 1-ci seçki dairəsinin 20 nömrəli məntəqəsində səs verib.

12:41

AFFA prezidenti Rövnəq Abdullayev də növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

Mozalan.az-ın məlumatına görə, o, 25 saylı Nizami ikinci seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

12:31

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report” xəbər verir ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsinin 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqəsində səs verib.

Mozalan.az-ın məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş Ağdam şəhərində prezident seçkisində iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report” xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

11:34

Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

Mərkəzi Bankın sədri Taleh Kazımov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report” xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına elitar gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

10:47

Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report” xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Baş nazirin müavini Şahin Mustafayev də səsvermə hüququndan istifadə edib. O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.

Maliyyə naziri Samir Şərifov 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

10:01

Baş nazir Əli Əsədov prezident seçkisində səs verib.

“Report” xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

Bənzər xəbərlər

Gündəm

0.058068037033081