Feb 07

Keniyalı keşiş 191 uşağı öldürüb

Keniyanın Malindi şəhərində məhkəmə “Yaxşı xəbərlər” dini icmasının lideri Pol Makkenzi və onun 29 şərikini 191 uşağın qətlində ittiham edib.   

Məlumata görə, təqsirləndirilən şəxslərin hamısı günahlarını etiraf ediblər.  

Prokuror bildirib ki, Makkenzi öz davamçılarına “cənnətə gedə bilmələri üçün özlərini və uşaqlarını ac saxlamağı” tapşırıb. Keşiş məzhəb üzvlərinə uşaqlarını məktəbə göndərməyi, xəstə olduqda xəstəxanaya getməyi qadağan edib və bu cür müəssisələri “şeytan yuvası” adlandırıb. 

İcmanın üzvləri Keniyanın şərqindəki Şakahola meşəsindəki ucqar yaşayış məntəqələrində yaşayıblar. Orada 400-ə yaxın cəsəd tapılıb. İnsanların aclıqdan öldüyü müəyyən edilib. 

Makkenziyə gəlincə o, ötən ilin aprelində həbs edilib. Dekabrda keşiş 12 ay müddətinə azadlıqdan məhrum edilib. İş üzrə daha 29 təqsirləndirilən şəxs martın 7-də məhkəmə qarşısına çıxmalıdır. 

Mənbə: TASS 

Bənzər xəbərlər

Gündəm

0.19800496101379