Avropanın məşhur avtomobil brendləri ilk dəfə Çin avtomobil şirkətləri ilə rəqabət aparmaq üçün birləşdilər
“Mercedes-Benz” və BMW şirkətləri Çində fəaliyyət göstərmək üçün birgə müəssisə yaratmaq icazəsi alıblar.
Çinin bazar tənzimləyicisi müvafiq qərarı təsdiqləyib.
Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının qərarı “Mercedes-Benz (China) Investment Limited” və “BMW Brilliance Automotive Ltd” şirkətlərinə aiddir.
Bundan əvvəl “Mercedes-Benz” və BMW-nin müştərək müəssisə yaratmaq qərarı Avropa Komissiyası tərəfindən təsdiq edilmişdi və bu, sazişin Avropa İqtisadi Zonasına məhdud təsiri səbəbindən rəqabətlə bağlı narahatlıq doğurmadığı qənaətinə gəlib”.
Əbədi rəqiblər olan “Mercedes-Benz” və BMW dəfələrlə reklam kampaniyalarında öz brendləri arasında rəqabət aparıblar. BMW reklam afişalarından birində zebra kimi boyanmış “Mercedes-Benz ML” krossoveri və onun arxasınca gepard rənglərində BMW X5 təqdim edilib. Digər bir təxribat məqsədli reklamda “BMW 5 Series” sedanları və uneversalları ilə yüklənmiş “Mercedes-Benz” avtomobil daşıyıcısı göstərilib və üzərində “Mercedes-Benz də sürücünün zövqünü oxşaya bilər” yazılıb.
Mənbə: gazeta.ru