Feb 06

Kosmosda xərçəngin dərmanı tapıldı

Kaliforniya alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) gözlənilməz kəşf ediblər. 

Yerdəki tədqiqatların məhdudiyyətlərindən məyus olan elm adamları araşdırmalarını kosmosda davam etdirmək qərarına gəliblər və xərçəngə qarşı mümkün vasitə aşkar ediblər.  

Hüceyrələrin əhəmiyyətli stressə məruz qaldığı və daha sürətli qocaldığı mikroqravitasiya şəraitində tədqiqatçılar xərçəngin inkişafını və müalicə təsirlərini Yerdəkindən daha sürətli şəkildə müşahidə edə biliblər. 

Tədqiqat qrupuna rəhbərlik edən doktor Katriona Ceymison bildirib ki, son kosmiki sınaqlar zamanı yeni eksperimental dərman - “Rebeksinib” bədxassəli zülalların əmələ gəlməsinin qarşısını alıb və daha yüksək effektivliyini göstərib. 

Alim və onun komandası ilin sonuna qədər Yerdə “Rebeksinib”in klinik sınaqlarına başlamağa ümid edirlər.  

Beləliklə, kosmosda aparılan tədqiqatlar xərçənglə mübarizədə yeni perspektivlər açır, dərmanların sürətli sınaqdan keçirilməsi və inkişafının mümkünlüyünü nümayiş etdirir ki, bu da bu xəstəliyin yeni müalicə vasitələrinin yaradılmasına səbəb ola bilər. 

Mənbə: securitylab.ru 

Bənzər xəbərlər

Gündəm

0.061537981033325