Feb 05

Rusiya FHN-ə məxsus helikopterin parçalanmış gövdəsi aşkarlandı - YENİLƏNİB + FOTO/VİDEO

Xilasedicilər qəzaya uğrayan Mi-8 helikopterinin parçalanmış hissələrini Oneqa gölünün dibində aşkar ediblər.

Bu barədə Kareliya Respublikasının rəhbəri Artur Parfençikov bildirib.

Parfençikov qeyd edib ki, saat 15:00 (Bakı vaxtı ilə16:00 - red.) radələrində sualtı robot qəza yerində işə başlayıb. Vertolyotun ağır zədələnmiş gövdəsi gölün 42 metr dərinliyində aşkar edilib.

Daha əvvəl bildirilmişdi ki, Mi-8 helikopteri Kareliyada əlaqəni dayandırıb. Sonra isə Rusiya Fövqəladə Hallar Nazirliyi Mi-8 helikopterinin Kareliyada qəzaya uğradığı yeri mobil telefon siqnalı ilə müəyyənləşdirib.

Mənbə: russian.rt

08:49

Rusiyanın Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus Mi-8 helikopterinin qəzaya uğradığı yer müəyyənləşib.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Qeyd olunur ki, Kareliya Respublikasının ərazisində itən helikopter Oneqa gölünün buz bağlayan səthinə çırpılaraq gölün dibinə düşüb.

İlkin məlumata görə, ekipaj üzvləri həlak olublar, onların axtarışlarına başlanılıb.

Baş verən qəzanın araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb.

Mənbə: Rbc.ru

01:52

Rusiyada Xilasedicilər Kareliya yaxınlığında əlaqə kəsilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə mərkəzinə məxsus Mi-8 helikopterini axtarırlar.

Bu barədə Rusiya FHN öz “Telegram” kanalında məlumat yayıb.

İdarənin məlumatına görə, Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin helikopteri Oneqa gölü üzərində təlim uçuşu həyata keçirirmiş, daha sonra isə pilotlarla əlaqə kəsilib. Mi-8-in göyərtəsində üç ekipaj üzvü olub.

Xilasedicilər Derevyannoye kəndi ərazisində axtarış-xilasetmə işləri aparır, bir qrup xilasedici hava yastığı və qar avtomobilləri ilə hadisə yerinə yola salınıb. Bundan əlavə, idarədən bildirilib ki, zərurət yaranarsa, Şimal-Qərb Hava Naviqasiya Xidmətinin An-26 təyyarəsi axtarış zonasına göndəriləcək.

Mənbə: aif.ru

Bənzər xəbərlər

Gündəm

0.14824199676514