Feb 05

Moskvada fitnes-klubda İran konsulluğunun əməkdaşı ölüb

İran konsulluğunun əməkdaşı Moskvanın şimal-qərbində fitnes-klubda ölüb.

Qeyd olunur ki, ölən diplomat A.Dhangiridir. O, İranın Moskvadakı konsulluğunun əməkdaşı olub.

“1957-ci il təvəllüdlü kişi qaçış zolağında məşq edərkən özünü pis hiss edib. O, dünyasını dəyişib”, - məlumatda bildirilib.

İlkin məlumata görə, diplomatın qəfil ölümü Pyatnitskoye şossesində idman zalında məşq zamanı qan laxtasının damardan qopması səbəbindən baş verib.

Mənbə: iz.ru

Bənzər xəbərlər

Gündəm

0.78290390968323