Jan 11

Atışma oldu, kriminal avtoriteti yaraladılar və maşına basıb apardılar...

 

Ukraynalı kriminal avtoritet Yuri Vasilenko Moskvadakı restoranlardan birində baş vermiş atışmadan sonra yaralı halda qaçırılıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu hadisə ötən gün yanvarın 10-da baş verib. “Bazilik” restoranına daxil olan idmançı görkəmli şəxslər Vasilenkoya onlarla getməyi əmr edibər. Lakin o, gələnlərin əlindən qaçmağa çalışıb, çaxnaşma düşüb və gələnlər atəş açıblar. Vasilenko yaralanıb və gələnlər onu maşının yük yerinə qoyub aparıblar.

Bundan sonra Vasilenkonun kirayə qaldığı mənzildə axtarış aparılıb. Güc strukturlarının əməkdaşları bütöv silah arsenalı aşkar ediblər, o cümlədən snayper tüfəngi və partlayıcı maddələr tapılıb.

Ehtimal edilir ki, Vasilenkonu xüsusi təyinatlılar saxlayıblar. O, Ukraynada tanınmış kriminal avtoritetdir. Kiyevdə rusiyalı keçmiş deputat Denis Voronenkovun qətlini təşkil etməkdə şübhəli bilinir.

 

Bənzər xəbərlər

Gündəm

0.027989149093628