BMT: “Taliban” şəriət qanunları ilə mühakiməyə üstünlük verir”
“Əfqanıstanda qadınları və qız uşaqlarını gender əsaslı zorakılıqdan qorumaq və günahkarları cəzalandırmaq üçün adekvat hüquqi mexanizmlər yoxdur”.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı missiyasının yeni hesabatında deyilib.
“Vəziyyət ona görə mürəkkəbdir ki, şikayətlərə əsasən kişilər baxırlar. Bir çox qurbanlar, ənənəvi mexanizmlər vasitəsilə təzminat axtarmağa üstünlük verir”, - deyə hesabatda qeyd olunub.
BMT analitikləri bildiriblər ki, qadınlara və qızlara qarşı gender əsaslı zorakılıq səviyyəsi hələ Əfqanıstanda “Taliban” siyasi hakimiyyətə gələnə qədər də yüksək olub. Lakin o vaxtdan bəri vəziyyət daha da pisləşib.
Hesabata görə, “Taliban” əvvəlki hökumətin qanunvericiliyi və şəriət qaydalarına əsaslanaraq mühakimə edir, lakin şəriət qanunları ilə mühakimə üstünlük təşkil edir.
Mənbə: İnterfax