Nov 08

Mikayıl Cabbarov Zəfər Günü ilə bağlı paylaşım edib

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov 8 noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.

Mozalan.az xəbər verir ki, nazir təbrikini "X" sosial şəbəkəsindəki hesabında yerləşdirib.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində qazandığımız parlaq Zəfərin 5 illiyini böyük qürurla qeyd edirik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması, iqtisadi suverenliyinin möhkəmləndirilməsi və yüksək sosial rifah cəmiyyətinin bərqərar olması üçün möhkəm bünövrə formalaşdırıb: "Birliyimizin və qüdrətli dövlətimizin yenilməzliyini ifadə edən Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Yaşasın qüdrətli Azərbaycan!"

Bənzər xəbərlər

Gündəm

0.020664930343628