Rusiyada 19 yaşlı gəncin dostu ilə girdiyi “qəribə” mərc baha başa gəldi
Rusiyanın Moskva vilayətində 19 yaşlı gənc səbəbsiz yerə polis əməkdaşının üzünə zərbə vurub.
Yol polisinin böyük inspektoru Maksim B. və onun həmkarı patrul xidmətini yerinə yetirdikləri zaman onlara bir gənc yaxınlaşıb və kömək istəyib.
Polis gəncin problemini dinləməyə macal tapmamış sağ tərəfdən çənəsinə güclü zərbə alıb. Gənc heç bir səbəb olmadan polisi vurub. Çaşqınlıq içində olan polis hücum edən şəxsi saxlayıb. İşsiz olan və əvvəllər məhkum olmayan Daniil K. adlı gənc bildirib ki, döydüyü polis işçisinə qarşı heç bir şikayəti yoxdur. Daniilin sözlərinə görə, o, sadəcə olaraq dostu ilə mərcə gəlib ki, yol polisinin yanına gedəcək və ona var gücü ilə şillə vuracaq.
Daniil şöbəyə, baş leytenant isə xəstəxanaya aparılıb. Baş leytenanta üzünün bir hissəsinin əzilməsi diaqnozu qoyulub.
Hücum edən şəxs barəsində araşdırma başlanılıb. Əgər hökumət işçisinə qarşı zorakılıq maddəsi tətbiq edilərsə, Daniili uzunmüddətli həbs cəzası gözləyir.
Mənbə: “112” “Telegram”