Dec 18

Almaniyadan deportasiya olunandan sonra bıçaqlanmaya görə tutulan şəxsə hökm oxunub

Bakıda şəxsi münaqişə nəticəsində adam bıçaqlamaqda təqsirləndirilən Samir Aşurovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Təqsirləndirilən şəxs Samir Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Samir Aşurovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2022-ci ilin aprelin 19-da paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

Xatırladaq ki, Samir Aşurov ötən il martın 29-da Almaniyadan readmissiya olunub.

Bənzər xəbərlər

Gündəm

0.02528715133667