“Google” artıq istifadəçilərin geolokasiya məlumatlarını hüquq-mühafizə orqanlarına verməyəcək
Amerikanın “Google” texnologiya korporasiyası “Google Maps” kartoqrafik xidmətini yeniləyib. Yeniliklərdən biri “Google”un istifadəçilərin yerləşmə tarixçəsi haqqında məlumat toplamaqdan imtina etməsi olub ki, bu məlumatlar indi şirkətin serverlərində deyil, onların cihazlarında saxlanılacaq.
Bu barədə məlumat qurumun rəsmi bloqunda dərc olunub.
“Google”, “Bloomberg” nəşriyyatının araşdırmasından bir neçə ay sonra geolokasiya məlumatı ilə bağlı siyasətini yeniləyib.
Jurnalistlər müəyyən ediblər ki, ABŞ polisi cinayət təhqiqatları ilə əlaqədar vətəndaşların yeri və axtarış sorğularını əldə etmək üçün getdikcə orderlərdən daha çox istifadə etməyə başlayıb. Eyni zamanda, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta zorakılıq olmadan qanun pozuntuları hallarında da şəxsi məlumatları tələb edir və bəzən hadisələrə heç bir aidiyyəti olmayan insanlarla maraqlanırlar.
Ekspertlərin fikrincə, istifadəçinin geolokasiyası məlumatlarını toplamaqdan imtina “Google”a qanuni olaraq polisin və digər hüquq-mühafizə orqanlarının tələblərinə məhəl qoymamağa imkan verəcək. Bəzi istifadəçilər öz yerdəyişmələri haqqında məlumatı “Google”un bulud yaddaşında şifrələnmiş formada saxlamaq qərarına gəlsələr belə, şirkət təhlükəsizlik qüvvələrinin sorğularına cavab verə bilməyəcək.
Eyni zamanda, rəqəmsal hüquq və azadlıqların müdafiəsi üzrə mütəxəssislər xatırladırlar ki, polis hələ də onlardan axtarış sorğularının tarixini təqdim etməyi tələb edə bilər. Əks axtarış hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Google”da müəyyən terminlərlə məlumat axtaran, məsələn, cinayətin törədildiyi yerin yaxınlığındakı ünvanı “Google”da axtaran hər kəsi göstərəcək.
Mənbə: gazeta.ru