Dec 16

ÜST Moskva ofisinin bağlanmasının səbəbini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə nəzarət ofisi bağlanıb.

Mozalan.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Qebreyesus ofisin bağlanması barədə qərarın ÜST-yə üzv ölkələr tərəfindən verildiyini vurğulayıb.

Baş direktor ofisin bağlanmasını bu mərkəzin normal fəaliyyət göstərə bilməməsi ilə izah edib.

"Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması ofisinin bağlanması qərarını üzv ölkələr qəbul edib. Təbii ki, onların belə mandatı var. Qərarı onlar veriblər və biz də katiblik olaraq bunu dəstəkləmişik", -deyə baş direktor bildirib.

Bənzər xəbərlər

Gündəm

0.062916994094849