Sumqayıtda tikinti materialları bazarında obyekt yanıb

Sumqayıt şəhərində tikinti materialları bazarının ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Mozalan.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.