Dec 15

Polşa Kaçinskinin ölümündə Rusiyanın iştirakını araşdıran komissiyanı ləğv edib

Polşanın sabiq Prezidenti Lex Kaçinskini daşıyan təyyarənin qəzaya uğramasında Rusiyanın iştirakını araşdıran komissiya ləğv edilib.

Mozalan.az xəbər verir ki, bu barədə Polşa hökuməti qərar qəbul edib.

Ölkənin Daxili İşlər və İdarəetmə Nazirliyinin rəhbəri Marçin Kirvinski (Marcin Kierwiński) bildirib ki, 2010-cu ildə Smolensk vilayətində Polşanın sabiq Prezidenti Lex Kaçinskini daşıyan təyyarənin qəzaya uğramasında Rusiyanın iştirakı versiyasını araşdıran komissiya böyük maliyyə vəsaiti sərf etməsi səbəbindən ləğv edilib.

Xatırladaq ki, 10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Lex Kaçinski və xanımı, ölkənin sabiq Prezidenti Rışard Kaçorovski, bir neçə nazir, yüksək rütbəli hərbçi olub.

Təyyarənin pis hava şəraiti ilə bağlı qəzaya uğraması ilkin versiya kimi irəli sürülsə də, sonradan versiyalarından biri də Rusiyanın bu hadisədə iştirakı idi.

Bənzər xəbərlər

Gündəm

0.029448986053467