Dec 15

"BakuBus"un avtobusunda nasazlıq olub

Bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda nasazlıq baş verib.

"BakuBus"dan "Mozalan.az"a verilən xəbərə görə, hadisə bu gün saat 09:30 radələrində baş verib. 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verən texniki nasazlıq səbəbindən avtobuslarda mövcud olan avtomatik qoruma sistemi işə düşüb: "Sərnişinlər avtobusdan düşürdülmüş və avtobus qaraja yönləndirilmişdir. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilmiş, marşrutun hərəkət qrafiki bərpa edilmişdir. Sərnişinlər arasında xəsarət alan yoxdur".

Bənzər xəbərlər

Gündəm

0.023360013961792