Dec 15

Daş kömür istehlakı bu il dünyada rekord səviyyəyə yüksələcək

Daş kömür istehlakı bu il dünyada rekord səviyyəyə yüksələcək.

Mozalan.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi bildirir.

Təşkilatın hesablamalarına görə, bu il kömür istehlakı 1,4 faiz artaraq 8,5 milyard tona çatacaq.

Agentliyin dərc etdiyi hesabatında deyilir ki, 2026-cı ilə qədər tələbatın 8,3 milyard tona düşəcəyi gözlənilir.

Əsas istehlakçılar Çin, Hindistan və İndoneziyadır. Təşkilatın hesablamalarına görə, təkcə Çində bu il kömür istehlakı 220 milyon ton artacaq.

BEA-nın hesabatına görə, ABŞ və Avropa İttifaqı regionunda kömür istehlakı 2023-cü ildən 2026-cı ilə qədər 20%-dən çox azalacaq.

Ancaq Asiyada proses daha yavaş sürətlə gedir. Çin dünya kömürünün yarısından çoxunu istifadə edir. 2026-cı ildə bu ölkədə tələbatın 4,3% azalaraq 4,5 milyard tona çatacağı gözlənilir.

Qeyd edək ki, kömür dünyanın ən böyük elektrik enerjisi mənbəyi olaraq qalır. Planet iqlim dəyişikliyi ilə üz-üzqə qaldığı bir zamanda kömürün istifadəsindən uzaqlaşmaq karbon emissiyalarını azaltmaq üçün qlobal mübarizənin vacib hissəsi olacaq.

Bənzər xəbərlər

Gündəm

0.029704093933105