"Pandemiya dövrünün təhsilə təsirləri uzun müddətli olacaq"
"Pandemiya dövrünün təhsilə təsirləri uzun müddətli olacaq".
Mozalan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
Nazir bildirib ki, tədqiqat və araşdırmalar da məhz bu istiqamətdə aparılmalıdır:
"Hədəf pandemiyadan əvvəl təhsil sisteminə qayıtmaqdır. Pandemiyanın emosional baxımdan və təhsilə verdiyi təsirlər həllini tapmalıdır. Həmin müddətdə təhsil 200 gündən artıq distant formada keçirildi və 158 mindən çox şagird məktəbə bu formatda başladı. Bu dövr xalqımız üçün sınaq dövrü oldu. Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID-19 dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır".