Tibbdə inqilabi kəşf: Koronavirusun insan orqanizmində gizli hissəcikləri aşkar edilib
Hindistanlı alimlər insan orqanizmində SARS-CoV-2 koronavirusunun gizli hissəciklərini aşkar ediblər.
Bu barədə Nyu-Delhi Qaraciyər və Öd Yolları Tədqiqatları İnstitutundan bildirilib.
Alimlər hüceyrədənkənar vezikulları (hüceyrələr tərəfindən ifraz olunan kiçik hissəcikləri) tədqiq ediblər və orada SARS-CoV-2 RNT molekullarını, onun genetik materialını tapıblar.
Halbuki koronavirus üçün standart test üsulları mənfi nəticə göstərmişdi.
Laboratoriya şəraitində yoluxmuş hüceyrədənkənar vezikullar, virusu yoluxmamış hüceyrələrə ötürmək qabiliyyətini nümayiş etdirib.
“Bu kəşf COVID-19 infeksiyalarını daha effektiv aşkar edilməsində və müalicə etmək qabiliyyətimizdə inqilabi dəyişiklik edə bilər”, - deyə tədqiqat layihəsinin rəhbəri Sukriti Baweca bildirib.