Britaniya Rusiyadan almaz idxalına qadağa tətbiq edəcək
Böyük Britaniya Rusiyadan almaz və bəzi metalların idxalına qadağa qoyacaq.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, Rusiya almazlarının idxalına qoyulan qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Bundan başqa, rəsmi London bir sıra ikili təyinatlı malların Rusiyaya ixracına da qadağa qoyacaq.
Söhbət hərbi və ya sənaye məqsədləri üçün istifadə oluna bilən mallardan, eləcə də Ukraynanın döyüş meydanında aşkar etdiyi əşyalardan gedir.
Mənbə: TASS