Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb
Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Mozalan.az xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias “X” platformasında yazıb.
Dendias onu da əlavə edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Yunanıstan hökuməti üçün prioritet olan bir sektordur.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprdən sonra Yunanıstana rəsmi səfərə gedib.