BMT-nin baş katibi Qəzza zolağında 111 əməkdaşının öldüyünü AÇIQLADI
“Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyindən bəri dünya təşkilatının 111 əməkdaşı həlak olub”.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş məlumat verib.
“Acı və kədər hissi ilə bildirirəm ki, hərbi əməliyyatların başlanmasından bəri Qəzzada BMT ailəmizin 111 üzvü həlak olub. Bu, təşkilatımızın tarixində ən böyük heyət itkisidir. BMT personalı qorunmalı, obyektlərimizə hücumlar həyata keçirilməməlidir”, - deyə o, BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bildirib.
Mənbə: TASS