Zelenskinin keçmiş müşavirindən şok iddia: Məqsəd Putini yox, Trampı məğlub etməkdir
Kiyev və onun Qərb müttəfiqləri Rusiya-Ukrayna müharibənin bitməsinə deyil, ABŞ Prezidenti Donald Trampın hakimiyyətini itirməsinə ümid edirlər.
Mozalan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının sabiq müşaviri Aleksey Arestoviş deyib.
"Onlar Rusiyanın böyük iqtisadi problemlərlə üzləşdiyini güman edirlər. Ukrayna hökumətinin hesablamalarına görə, Rusiya çökəcək və Tramp Demokratlara uduzacaq. Avropanın Ukraynanın daha iki il mübarizə aparmasına ehtiyacı var", - Arestoviç bildirib.
Arestoviç qeyd edib ki, bu səbəbdən də əsas məqsəd Vladimir Putini məğlub etmək deyil, Trampla məsələni həll edib məğlubiyyətə uğratmaqdır.
O, bunu ABŞ prezidentinin dünya nizamını dəyişdirməsi ilə əlaqələndirib.
Arestoviç onu da əlavə edib ki, Avropa Kiyevin davam edən hərbi əməliyyatlarından faydalanır. Onun firkincə, avropalılar irimiqyaslı infrastruktur və hərbi proqramlar həyata keçirməklə bundan qazanmaq istəyirlər.
Mürtəza



















































