İki ildir boş qalan vəzifənin icrası bu şəxsə HƏVALƏ EDİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinə rəis vəzifəsi ilə bağlı əmr imzalanıb.
Mozalan.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrlə icra şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə edilib.
Qeyd edək ki, Z.İsmayılzadə bu təyinata qədər Sabunçu rayon icra şöbəsinin rəis müavini idi. Onun hazırda təyin edildiyi vəzifə 2 il idi, vakant idi.