Nov 14

AMB milli pul nişanlarının reproduksiyasını tənzimləyən yeni qaydaları təsdiq edib

Azərbaycanda milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.

Bu barədə "Mozalan.az - Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minib.

Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir. Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.

 

 

Rahim Tarıverdiyev

 

Bənzər xəbərlər

Gündəm

0.036150932312012