Paşinyanın KTMT iclasına qatılmamasına Kremldən REAKSİYA
Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə Kremldən münasibət bildirilib.
Mozalan.az xəbər verir ki, Kremlin spikeri Dmitri Peskov bununla bağlı sualı cavablandırıb.
“Əgər bu, həqiqətən də belədirsə, təəssüfümüzü bildirə bilərik”, - Peskov deyib.
Onun sözlərinə görə, istənilən dövlət başçısının öz tədbirləri, qrafiki, şəraiti və s. ola bilər, lakin belə görüş fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. "KTMT hələ də öz aktuallığını qoruyub saxlayır", - Kreml spikeri vurğulayıb.
Qeyd edək ki, KTMT sammiti Paşinyanın iştirakdan imtina etdiyi ilk yüksək səviyyəli tədbir deyil. Bundan əvvəl o, MDB sammitini buraxmışdı. Ermənistanın baş naziri ümid etdiyini bildirib ki, həmkarları onun qərarına anlayışla yanaşacaqlar.