Ermənistan parlamentinin spikeri Zaxarovanı təhqir etdi
Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı təhqir edib. O, rusiyalı diplomatı “hansısa qurumun hansısa katibəsi” adlandırıb.
“Hansısa qurumun hansısa katibəsinin sözlərinə münasibət bildirmək fikrində deyiləm”, - Simonyan bəyan edib.
Xatırladaq ki, bundan öncə Zaxarova Ermənistan rəhbərliyini son bəyanatlarına görə sərt şəkildə tənqid etmişdi.
Mənbə: Caucasian bureau