Oct 23

Parisdə muzeydən 1,7 milyon dollarlıq qızıl oğurlayan qadın həbs edildi

Paris prokurorluğu Çin vətəndaşına təxminən 1,7 milyon dollar dəyərində qızıl qırıntılarını Fransanın Milli Təbiət Tarixi Muzeyindən oğurladığı üçün ittiham irəli sürüb.

Mozalan.az xarici KİV-ə sitinadla xəbər verir ki, şübhəli şəxs Barselonada saxlanılıb və Fransa hakimiyyətinə təhvil verilib.

Qeyd edək ki, oğurluq sentyabrın 16-na keçən gecə baş verib. Cinayətkar təkbaşına muzeyə daxil olaraq, qapını dəzgahla kəsib və vitrini lehimləmə aləti ilə açıb. Nəticədə təxminən altı kiloqram qızıl qırıntısı, o cümlədən 1833-cü ildə imperator I Nikolay tərəfindən hədiyyə edilən tarixi eksponatlar oğurlanıb.

"Le Monde" nəşrinin məlumatına görə, şübhəli şəxs oğurluqdan sonra həmin gün Fransanı tərk edib. O, sentyabrın 30-da qızılın bir hissəsini satmağa cəhd edərkən saxlanılıb. Oktyabrın 13-də ona oğurluq və cinayətkar sövdələşmədə iştirak ittihamı irəli sürülüb və o, həbs edilib.

Xatırladaq ki, dünyanın ən məşhur muzeylərindən biri olan Luvr da maskalı quldurların hücumuna məruz qalıb. Onlar Apollon qalereyasına daxil olaraq 9 zinət əşyasını oğurlayıblar. III Napoleonun həyat yoldaşı imperatriçə Yevgeniyə məxsus tac isə küçədə sınmış vəziyyətdə tapılıb. 

Həmidə İbrahimova

Bənzər xəbərlər

Gündəm

0.027280807495117