Sep 06

Blinken Kiyevdə Ukraynaya bir milyard dollarlıq yardım elan edəcək - YENİLƏNİB

ABŞ dövlət katibi Antoni Blinken Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşmək üçün Kiyevə səfər edib.

ABŞ dövlət katibinin bu səfər çərçivəsində Ukraynaya bir milyard dollardan çox yeni maliyyə dəstəyini elan edəcəyi gözlənilir.

Bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi məlumat verib. 

Qeyd edək ki, bu, 2022-ci ilin fevral ayından bu günədək Blinkenin Ukrayna paytaxtına artıq üçüncü səfəridir.

Mənbə: CNN

10:36

ABŞ dövlət katibi Antoni Blinken hazırda Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.  

Bu barədə Ukrayna mətbuatı xəbər verir.

Hələlik səfərin təfərrüatı barədə məlumat verilmir.

Mənbə: Unian

Bənzər xəbərlər

Gündəm

0.029982805252075