Sep 06

Hikmət Hacıyev: “Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr, barışıq mümkündür” - FOTO

“Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr, Azərbaycanla Ermənistan arasında barışıq mümkündür”.

Bu sözləri “Arab News”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyevin sözlərinə görə, ermənilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri isə blokadada deyillər.

Prezidentin köməkçisi vurğulayıb ki, marionet rejiminin başında dayanan komandirlər humanitar bəhanə adı altında separatçı qurumun ömrünü uzatmağa çalışırlar.

Azərbaycan rəsmisi bildirib ki, onların məqsədi dezinformasiya yayaraq beynəlxalq ictimaiyyəti aldatmaqdır.

H.Hacıyev vurğulayıb ki, separatçılar onlara göndərilən ərzağı qəbul etməkdən və Azərbaycanla dialoqdan imtina edirlər:

“Bu, irqçilikdir. Onlar qida məhsullarını göndərən tərəfin etnik kimliyini əsas gətirərək ərzağı qəbul etməkdən imtina ediblər”.

 

Bənzər xəbərlər

Gündəm

0.074069023132324