Sep 06

Hindistan hakimiyyəti ölkənin adını dəyişir: Artıq yeni adla dəvətnamələr göndərilib

Hindistan hakimiyyəti ölkənin adını Bharat olaraq dəyişdirmək istəyir.

Müvafiq qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək xüsusi iclasında təqdim oluna bilər.

Bu barədə məlumatı Hindistan Konqresinin lideri Cayram Rameş də təsdiqləyib. O bildirib ki, Raştrapati Bhavan (Hindistanda Prezident sarayı) hətta Bharat prezidenti adından G20 ölkələrinin iştirakçılarına dəvət də göndərib. Belə ki, G20 naharına rəsmi dəvətnamələrdə “Hindistan prezidenti” əvəzinə “Bharat prezidenti” yazılıb.

“Yəni xəbər həqiqətən doğrudur”, - deyə Rameş “X” (“Twitter”) hesabında qeyd edib.

Həmçinin Hindistan parlamentinin yuxarı palatasından da bununla bağlı açıqlama verilib.

“İngilislər Bharat adını Hindistan adı ilə dəyişdiriblər. Ölkəmiz min illərdir ki, Bharat adı ilə tanınır... “Hindistan” adı müstəmləkəçilikdə idi və buna görə də köləliyin simvoludur”, - deyə palatadan bildirilib.

Mənbə: “Komsomolskaya pravda” “Telegram”, URA.ru

Bənzər xəbərlər

Gündəm

0.01879096031189