Sep 05

Fransada ifrat sağçı Marin Le Penin populyarlığı artır

“Viavoice for Libération” sorğusunun nəticələrinə görə, Fransada Milli Assambleyadakı ifrat sağçı Milli Birlik fraksiyasının lideri Marin Le Penin ölkəyə fayda verə biləcəyinə inananların sayı artır.

Məlumata əsasən, sorğuda iştirak edən fransızların 44%-i Le Penin ölkəyə “faydalı həllər gətirə biləcəyini” deyib. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 8 faiz çoxdur.

Həmçinin, respondentlərin 41%-i fraksiya rəhbərinin “xalqa yaxın” olması fikrini bildirib.

Rəyi soruşulanların 42%-nin fikrincə, o, “dövlət başçısı postu üçün nüfuza malikdir”. Bu fikirdə olanların payı 14 faiz artıb.

Sorğu avqustun 18-21-də keçirilib. Sorğuda minə yaxın insan iştirak edib.

Mənbə: İnterfax

Bənzər xəbərlər

Gündəm

0.095680952072144