Sertolovoda küçələrdə qaçan dəvəquşu sakinləri qorxutdu - FOTO/VİDEO
Rusiyanın Leninqrad vilayətinin Sertolovo şəhərində küçələrdə qaçan dəvəquşu sakinləri olduqca qorxudub.
Məlum olub ki, o, sahibəsi olan sirk məşqçisinin evinin yaxınlığında baş verən yanğından təşvişə düşüb və qaçıb.
Evdə saxlanılan “Styopa” adlı dəvəquşu məşqçi Larisa Laynerlə birlikdə yaşayır və heç vaxt qaçmağa cəhd etməyib. Lakin qonşu evdə baş verən yanğın onu qorxudub və quş bacardığı qədər sürətlə baş alıb qaçmağa başlayıb.
Yoldan təsadüfən keçən sakinlərdən biri isə arxasına baxıb dəvəquşunu gördükdə təəccüblənib və həyəcanlanaraq o da quşdan qaçmağa başlayıb.
Xoşbəxtlikdən “Styopa”nı tapmaq mümkün olub. Quşun sahibəsi və yerli sakinlər meşə və bataqlıqlar boyu onun arxasınca qaçıblar. Larisa Layner quşun dərisinin bir az qopduğunu bildirib.
Mənbə: “SHOT” “Telegram”