Jan 09

Rusiyanın mümkün hava hücumu barədə ABŞ-dən XƏBƏRDARLIQ

ABŞ-nin Kiyevdəki səfirliyi yaxın günlərdə Rusiya qoşunlarının Ukrayna ərazisinə qarşı böyük miqyaslı zərbə hazırladığı barədə xəbərdarlıq edib.

Mozalan.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yayılıb.

"ABŞ-nin Kiyevdəki səfirliyi növbəti bir neçə gün ərzində istənilən vaxt baş verə biləcək potensial ciddi hava hücumu haqqında məlumat alıb. Səfirlik həmişə olduğu kimi, ABŞ vətəndaşlarına hava həyəcanı elan edildiyi təqdirdə dərhal sığınacağa getməyə hazır olmağı tövsiyə edir", - bəyanatda deyilir.

Xəbərdarlığın Ukraynanın bütün ərazisini əhatə etdiyi qeyd olunub.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu gecə Rusiyanın mümkün zərbəsi haqqında bəyanat verib.

"24 saat ərzində Rusiyanın zərbələrinin nəticələrini aradan qaldıran bütün xidmətlərin məruzələri olub. Məlumata görə, Rusiya yeni bir kütləvi hava hücumu hazırlayır. Bu gün və sabah daim hava həyəcanlarına diqqət yetirmək, sığınacaqlara enmək çox vacibdir. Rusiya qoşunları həmişəki kimi hava şəraitindən istifadə etməyə çalışır. Mən hökumətə yerli hakimiyyət orqanlarına, cəlb olunan hər kəsə maksimum kömək etməyi tapşırmışam", - Ukrayna lideri qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.021959066390991