Jan 09

Hipper: Rusiya gəmilərində yoxlama aparmaq hüququmuz var

Avropa İttifaqı (Aİ) Rusiyanın tanker donanmasına qarşı sanksiyalar tətbiq edir və bu cür gəmilərin konkret yoxlamaları Aİ-yə üzv ölkələrinin səlahiyyətlərinə daxildir.

Mozalan.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper brifinqdə bildirib.

"Şübhəli gəmiləri yoxlamaq üzv ölkələrin öhdəliyidir. Bu yoxlamaları öz hüquqi qaydalarına uyğun olaraq necə təşkil etmək onların qərarıdır", - Hipper ABŞ-nin yanvarın 7-də "Marinera" tankerinin saxlanılması əməliyyatı ilə bağlı suallara cavab verərkən deyib.

Sual isə Aİ-nin hansı səbəbə ABŞ təcrübəsindən istifadə etməməsi və birliyin sanksiyalarının dövlət orqanlarının nümayəndələrinin gəmilərin yoxlanılması üçün göyərtəyə daxil olmasına imkan verməsi ilə bağlı olub.

"Əlbəttə, hər şey gəminin harada olmasından, ərazi sularına daxil olub-olmamasından asılıdır. Söhbət abordajdan (gəmini ələ keçirmək taktikası - red.) getmir, əlbəttə ki, yox", - Hipper izah edib.

O, həmçinin xatırladıb ki, ötən il ən yaxşı təcrübələrin ümumiləşdirilməsi və daha səmərəli fəaliyyət üçün üzv dövlətlər arasında əlaqələri təkmilləşdirmək məqsədilə kölgə donanması üzrə koordinator vəzifəsi yaradılıb.

Onun sözlərinə görə, Aİ-nin əsas metodu gəmilərə qarşı sanksiyalardır. "Biz həmçinin sanksiyalarımızı pozmaq istəyən hər kəsə qarşı tədbirlər görmək istəyirik", - o, əlavə edib.

Hipper Avropa İttifaqının artıq 597 gəmiyə qarşı sanksiyalar tətbiq etdiyini və Rusiyanın tanker donanmasına qarşı sanksiya prosesinin davam edəcəyini xatırladıb. Hipper bunu Rusiyaya güclü mesaj hesab edir.

Bənzər xəbərlər

Gündəm

0.021643877029419