Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib
Türkiyənin Diyarbakır vilayətinin Hani rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 15:25-də (Bakı vaxtı ilə 16:25 – red.) baş verən zəlzələnin ocağı 16,81 km dərinlikdə yerləşib.
Mənbə: Cumhuriyyet