Aug 10

Fransada əlillər mərkəzində baş verən yanğın nəticəsində 11 nəfər ölüb - VİDEO

Fransanın şərqindəki Vintsenhaym kommunasında əlillər üçün mərkəzdə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, yanğından sonra mərkəzin binasından 17 nəfər təxliyə edilib.

Yanğının baş verdiyi ev “La Forj” Tibb və Təhsil Terapevtik İnstitutunun yanında yerləşir. Eyni adlı birlik onu əlillərə kömək etmək üçün icarəyə götürüb.

Prefekturadan verilən məlumata görə, yanğının başvermə səbəbləri araşdırılır. Fransanın Baş naziri Elizabet Born hadisə yerində olub.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.027952909469604