Almaniyada keçmiş və indiki kanslerlərin bərbərxana xərcləri üzə çıxdı
Almaniya hakimiyyəti keçmiş kansler Angela Merkelin saç və makiyaj xidmətlərinə siyasətçi 2021-ci ildə vəzifəsini tərk edəndən bəri ayda təxminən 3 min avro xərcləyir.
Məlumata görə, Merkelin xarici görünüşünə xüsusi bərbər-vizajist nəzarət edir. İndiyədək onun xidmətlərinə büdcədən 55 min avro ayrılıb. Bu vəsaitdən 2022-ci ildə 37,780 avro, bu il isə 17,200 avro artıq xərclənib.
Hökumətin məlumatına görə, 2021-ci ildən hazırki kansler Olaf Şoltsun stilist-vizajist xidmətlərinə təxminən 62 min avro ayrılıb.
Mənbə: TASS