İmran Xana hökm oxundu
Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan üç il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, keçmiş hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə həmçinin onu 100 min rupi (1209 dollar) məbləğində cərimələyib.
Mənbə: Dawn