Aug 03

İranda məcburi əməyə cəlb edilən uşaqların yeni statistikası açıqlandı - FOTO

İranda ölkə üzrə uşaqların 15%-i məcburi əməyə cəlb olunub, 10%-nin isə təhsil və məktəbə getmək imkanları yoxdur.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bununla bağlı İran Parlamentinin Tədqiqat Mərkəzi açıqlama verib.

Parlament “Uşaq əməyindən istifadə edilməsinin effektiv monitorinqinin problemləri” başlığı ilə dərc etdiyi hesabatında uşaqların məcburi əməyə cəlb edildiklərini və onlardan sui-istifadəyə şərait yaradıldığını bildirib.

Qeyd edək ki, hüquq müdafiəçiləri uşaqların istismar edilməsinin əsasən iqtisadi çətinliklər və yoxsulluğun artmasından qaynaqlandığını vurğulayıblar.

 

Bənzər xəbərlər

Gündəm

0.078526973724365