Aug 03

Şri-Lankada matç zamanı meydançaya böyük ilan girdi: Oyun dayandırıldı - VİDEO

Şri-Lankanın paytaxtı Kolomboda “Galle Titans” və “Dambulla Aura” komandaları arasında keçirilən kriket matçı zamanı meydançaya olduqca böyük ilan girib.

Kifayət qədər böyük olduğu üçün heç kimin ilanı meydandan çıxarmağa cəsarəti çatmayıb. Bu səbəbdən də oyun dayandırılıb və uzunmüddətli fasilə verilib.

Diqqət mərkəzində olan və meydançada fırlanan ilanın arxasınca matçın hakimi düşüb. Ancaq heç kim ilana çox yaxınlaşa bilmədiyi üçün qorxunc görünüşlü sürünənin nə vaxt “öz kefi ilə” meydançanı tərk etməsini gözləmək lazım gəlib.

Uzun müddət ortalıqda fırlanan ilan “Galle Titan” komandasının ehtiyat skamyasına girdikdən sonra yoxa çıxıb.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.022361040115356