Aug 02

Rusiya Xersonda xəstəxananı atəşə tutdu: Həkim öldü, yaralılar var - FOTO

Rusiya qoşunları Xersonda xəstəxananı atəşə tutub.

Nəticədə bir həkim ölüb, beş nəfər yaralanıb.

Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram” kanalında məlumat verib.

“Bu gün Xersonda xəstəxananın atəşə tutulması nəticəsində ölən həkim və yaralanan tibb bacısından əlavə daha dörd tibb işçisinin xəsarət aldığı məlum olub”, - deyə Prokudin qeyd edib.

Məlumata görə, Rusiyanın raket zərbəsi bir həkimin həyatına son qoyub, beş nəfəri yaralayıb. Yaralılara tibbi yardım göstərilib, hazırda onların həyatları üçün təhlükə yoxdur.

Mənbə: RBC-Ukrayna

Bənzər xəbərlər

Gündəm

0.09968900680542