Jul 28

Ermənistanda məmur rüşvət almaqda ittiham olunur

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı altı milyon dram (15,5 min dollar) rüşvət almaqda ittiham olunur.

Bu barədə ölkə mətbuatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən xəbər yayıb.

İstintaqla müəyyən edilib ki, Ermənistanın Tavuş vilayətinin sakini A.Q. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A. ilə razılaşıb ki, onun 2023-cü ildə yay çağırışına düşən oğlu xidmət üçün yararsız kimi tanınsın. Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində aldığı altı milyon dram rüşvəti tələb edib.

İyulun 27-də çağırışçının atası və vəzifəli şəxs saxlanılıb. Məmur həbs edilib, Tavuş sakini isə səkkiz milyon dram girov qarşılığında ev dustaqlığına buraxılıb.

İstintaq davam edir.

Bənzər xəbərlər

Gündəm

0.057749032974243