Jun 29

Rusiya və Belarus Avropa vergi təşkilatından xaric olundu

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 27-ci Baş Assambleyasının toplantısında Rusiya və Belarusun qurumdan çıxarılması barədə qərar qəbul edilib.

Bu barədə Ukrayna Dövlət Vergi Xidmətinin rəhbəri Tatyana Kiriyenko məlumat verib.

O, bildirib ki, Avropa vergi ictimaiyyəti ədalətin bərqərar olmasına öz töhfəsini verərək Rusiya və Belarusun hərbi cinayətlərini rədd etdiyini və pislədiyini bir daha nümayiş etdirib.

Kiriyenko beynəlxalq səviyyədə Ukraynaya həmrəylik və dəstəyə görə təşkilata digər üzv ölkələrdən olan vergi tərəfdaşlarına təşəkkür edib.

Mənbə: minfin.com.ua

Bənzər xəbərlər

Gündəm

0.028116941452026