Jun 28

Türkiyədə ən çox daşınmaz əmlak alanlar məlum olub

Rusiyalılar Türkiyədə daşınmaz əmlak əldə etməkdə digər ölkə vətəndaşlarını xeyli qabaqlayırlar.

Türkiyə Milli Statistika İnstitutu çərşənbə axşamı bildirib ki, bu ilin yanvar-may ayları daxil olmaqla, rusiyalılar ölkədə 5723 mənzil alıblar ki, bu da ötən illə müqayisədə 44,4% artım deməkdir.

Bu göstərici üzrə sonrakı yerlərdə İran (2,3 min mənzil), İraq (809), Qazaxıstan (605) və Almaniya (564) vətəndaşları gəlir.

Bildirilir ki, Türkiyədə 5 ayda cəmi 16,8 min ədəd daşınmaz əmlak xaricilərə satılıb. Eyni zamanda yerli hakimiyyət orqanları əcnəbilərin marağının azaldığını qeyd edirlər.

Əcnəbilərə daşınmaz əmlak satışında lider ilin əvvəlindən 6,4 min mənzil satışı ilə Antalyadır. İküci yerdə 5,3 min mənzillə İstanbul, üçüncü yerdə isə 1,2 min mənzillə Mersin əyaləti qərarlaşıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028111934661865