Jun 26

“Taliban” qadınların “azad insanlar” statusunu bərpa edib

“Taliban” rejimi qadınları “ənənəvi zülmdən” azad edib, onları “azad insanlar” statusuna qaytarıb.

Bu açıqlama ilə hərəkatın ali lideri Həybətullah Axundzadə çıxış edib.

“Qadınları bir çox ənənəvi zülmlərdən, o cümlədən məcburi nikahlardan xilas etmək üçün konkret tədbirlər görülüb, onların şəriət hüquqları qorunub. Qadının azad və ləyaqətli insan statusu bərpa edilib və bütün qurumlar buna riayət etməyə, qadınlara nikah, vərəsəlik və digər hüquqların təmin edilməsində kömək etməyə borcludur”, - Axundzadənin Qurban bayramı münasibətilə bazar günü yayılan təbrikində deyilir.

O bildirib ki, “Taliban” qadınların islam şəriətinə uyğun olaraq rahat və firavan həyat yaşamalarını təmin etmək üçün onların vəziyyətini yaxşılaşdırmaq məqsədilə lazımi addımlar atıb. “Taliban” lideri qeyd edib ki, Əfqanıstanda qadınların problemləri, digər məsələlərlə yanaşı, “20 illik işğalın mənfi tərəfləri” ilə bağlıdır.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.036345958709717