Jun 25

Ukrayna ordusu 2014-cü ildən işğal altında olan bəzi əraziləri azad edib - FOTO

Donetsk vilayətinin Krasnoqorivka yaxınlığındakı Ukrayna hərbçiləri 2014-cü ildən Rusiyanın işğalı altında olan bir neçə mövqeni azad etməyə müvəffəq olub. Bu, təxminən bir həftə əvvəl baş verib.

Məlumatı Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Valeri Şerşen yayıb.

"Krasnoqorivka yaxınlığında bizim hücum bölmələrimiz yaxşı planlaşdırılmış əks-hücum nəticəsində 2014-cü ildən bəri saxlanılan bir neçə mövqeni ələ keçiriblər. Bu, Donetsk yaxınlığındakı qondarma “DXR" adlanan ərazidədir”, - o, bildirib, Şerşel əlavə edib ki, xəbər taktiki səbəblərdən bir həftə gecikib.

Onun sözlərinə görə, yaxşı hazırlanmış hücum, hava dəstəyi və ağır texnika sayəsində mövqeləri azad etmək mümkün olub. Ukrayna Silahlı Qüvvələri artıq müəyyən ərazilərin minalardan təmizlənməsini həyata keçirib.

Mənbə: rbc.ua

Bənzər xəbərlər

Gündəm

0.032342195510864