Jun 17

Almaniyada 3000 il yaşı olan qılınc tapılıb

Almaniyadan olan arxeoloqlar təxminən 3000 il yaşı olan qılınc tapıblar.

Məlumata görə, dövrümüzə qədər yaxşı vəziyyətdə qalan silah tunc dövründə hazırlanıb.

Bavariyanın Nördlingen şəhərində aşkarlanan silah kişi, qadın və uşaqla birlikdə dəfn olunub. Arxeoloqlar qeyd ediblər ki, belə qalıqların yaxşı vəziyyətdə tapılması əsl uğurdur.

Bavariya Dövlət Abidələr Mühafizəsi İdarəsinin rəhbəri Matias Pfayl bildirib ki, tapıntı haqqında daha dəqiq məlumatlar vermək üçün onu daha dərindən araşdırmağa ehtiyac var.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.051676034927368