Kevin Kostner keçmiş həyat yoldaşını oğurluqda ittiham edir
Kevin Kostner keçmiş həyat yoldaşını pul oğurlamaqda ittiham edir.
Aktyor Kevin Kostner keçmiş həyat yoldaşı, dizayner Kristin Baumqartneri kredit kartı borcunu artırmaqda ittiham edib.
68 yaşlı aktyor iddia edir ki, keçmiş arvadı "xəbərdarlıq etmədən" onun kredit kartından 95 min dollar xərcləyib. Kostner bu vəsaiti boşanma məhkəməsinə xərcləməyi planlaşdırıb.
Sənətçi mediada yayılan söz-söhbətlərdən və fırıldaqçılardan qorxduğu üçün gəlirləri ilə bağlı məlumatı ictimaiyyətə açıqlamaq fikrində olmadığını bildirib. Onun dediyinə görə, keçmiş arvadı pulu qəsdən oğurlayıb ki, camaat onun maddi durumundan xəbər tutsun.
Mənbə: gazeta.ru